Bəhram Bağırzadədən məmurun motosikletçini döyməsinə ironik yanaşma – VİDEObackend

Bəhram Bağırzadədən məmurun motosikletçini döyməsinə ironik yanaşma – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Bəhram Bağırzadə Bakıda motosikletçini döyən məmurla bağlı ironik paylaşım edib.

NOCOMMENT xəbər verir ki, tanınmış aktyorun sosial şəbəkə hesabında paylaşdığı videosu qısa zaman ərzində çox sayda bəyənmə və şərh toplayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsü olan məmur Sultan Dadaşovun motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb. Görüntülərdə “Lexus”un sürücüsü avtomobillə motosiklet sürücüsünün ayağının üstündən keçdiyi görünür. Daha sonra maşından düşərək ona hücum edir və nalayiq sözlər işlədir. Bundan sonra S. Dadaşovun həbs olunduğu deyilsə də, Daxili İşlər Nazirliyi bunu təkzib etmişdi.

Həmin videonu təqdim edirik: