Bəhram Bağırzadənin səhhəti ilə bağlı xanımından AÇIQLAMAbackend

Bəhram Bağırzadənin səhhəti ilə bağlı xanımından AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti stabildir, günbəgün yaxşılaşma gedir.

NOCOMMENT xəbər verir ki, bu barədə Modern.az-a Əməkdar artistin həyat yoldaşı Şəhla Bağırzadə bildirib. Ş.Bağırzadə qeyd edib ki, həyat yoldaşı hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir: “Reanimasiya şəraitində müalicəsi davam etdirilir, həkimlər əllərindən gələni əsirgəmirlər”.

O, B.Bağırzadənin yenidən koronavirus testi edilmədiyini deyib: “Hələlik həkimlər bütün diqqəti onun vəziyyətdən tam çıxmasına yönəldiblər. Nə vaxt yenidən test ediləcəyi həkimlərin qərarından asılıdır”.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.