Bəhreyn rəhbərliyi Rusiya prezidenti Vladimir Putinə İsrail və İran arasında münaqişənin həllində göstərdiyi səylərə görə minnətdardır.
NOCOMMENT.az xəbər verir ki, bunu Bəhreyn Kral Qvardiyasının milli təhlükəsizlik müşaviri və komandiri şahzadə Nasir bin Həməd Əl-Xəlifə Rusiya lideri ilə görüşündə deyib.
“Biz hamımız, əlbəttə ki, regionda gərginliyin azaldılmasında maraqlıyıq. Cənab Prezident, bu vəziyyətin həllinə yönəlmiş səylərinizə görə çox minnətdarıq”, – o deyib.