Belarus “siyasi maneələr aradan qaldırıldıqda” Avropa ilə hava nəqliyyatını bərpa etməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bunu respublikanın Nəqliyyat və Rabitə Nazirliyinin aviasiya departamentinin direktoru İqor Qolub deyib.
“Səmamız açıqdır. Biz heç vaxt heç kimin qarşısına heç bir maneə qoymamışıq, Avropa ölkələri ilə həm dialoqu, həm də hava nəqliyyatını bərpa etməyə hər zaman hazırıq”, – Qolub bildirib.
Onun sözlərinə görə, qərar yalnız siyasətçilərin ixtiyarındadır.
Qolub əlavə edib ki, Avropa ölkələri də Belarus və Rusiyadan həddən artıq uçuşun baha olması səbəbindən uçuşları bərpa etməkdə maraqlıdırlar.