Belarus Rusiyaya benzin tədarükünü kəskin şəkildə artırıb. 2025-ci ilin oktyabr ayında Belarusdan Peterburq birjasında satılan benzinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 47 dəfə artaraq 36 480 tona çatıb.
NOCOMMENT.az xəbər verir ki, tədarük noyabrda da artmaqda davam edir.
Ayın ilk 19 günündə 21 720 ton benzin satılıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 dəfə çoxdur.
Sentyabrda isə 13 440 ton benzin ixrac olunub. Bu, oktyabrla müqayisədə az olsa da, ötən ilin payızına nisbətdə 20 faiz artım deməkdir.
Son bir ayda Peterburq birjasında neft məhsullarının qiymətləri aşağı düşüb: AI-92 markalı benzin 19%, AI-95 – 9%, dizel isə 11% ucuzlaşıb. Bu şəraitdə Rusiya hökuməti benzin və dizelin ixracını qadağan edib və yanacağın Belarus, Çin, Cənubi Koreya və Sinqapurdan idxalına icazə verib.













