Belarus dost olmayan ölkələrdən bir sıra malların idxalına qoyulan qadağanı aradan qaldırıbbackend

Belarus dost olmayan ölkələrdən bir sıra malların idxalına qoyulan qadağanı aradan qaldırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus dost olmayan ölkələrdən bir sıra ərzaq məhsullarının idxalına qoyulan qadağanı ləğv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə respublika hökumətinin Telegram kanalında məlumat verilib.

Açıqlamaya görə, Belarus Avropa İttifaqının (Aİ) yeni sanksiyalarına cavab verib. 2025-ci il mayın 22-də Avropa Parlamenti respublikadan kənd təsərrüfatı məhsullarının idxalına gömrük rüsumlarının artırılması barədə qərar qəbul edib. Buna cavab olaraq hökumət Aİ-yə üzv olan bütün dövlətlər də daxil olmaqla, dost olmayan ölkələrdən kartof, soğan, təzə kələm və almanın idxalına və satışına qoyulan qadağanı ləğv edib.

Belarusun baş naziri Aleksandr Turçin çərşənbə axşamı qüvvəyə minəcək fərman imzalayıb.

“Belarus bir daha açıqlıq, sülhpərvərlik, mehriban qonşuluq prinsipini nümayiş etdirir və bir sıra ölkələrin, o cümlədən Aİ ölkələrinin vətəndaşlarının ölkəmizə vizasız girişi ilə bağlı qərara bənzər şəkildə, dost olmayan ölkələrdən kənd təsərrüfatı məhsullarına qoyulan məhdudiyyətləri yumşaldır”, – deyə hökumət qeyd edib.