Belarus dövlət sərhədinin mühafizəsini gücləndirirbackend

Belarus dövlət sərhədinin mühafizəsini gücləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Silahlı Qüvvələri cənub istiqamətində dövlət sərhədinin mühafizəsini gücləndirib.

NOCOMMENT.az xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələrinin xüsusi əməliyyatlar briqadası komandirinin müavini Vadim Bobileviç deyib.

Qeyd edib ki, qüvvələrin bir hissəsi ilə dövlət sərhədinin cənub istiqamətində mövqelərin möhkəmləndirilməsi üzrə tapşırıqları yerinə yetirir. Bobileviç tapşırıqları yerinə yetirmək üçün bütün lazımi silah və texnika ilə təmin olunduğunu da vurğulayıb.

Onun sözlərinə görə, onların sərəncamında silah, texnika, rabitə vasitələri və termal kameralı pilotsuz uçuş aparatları var. Şəxsi heyət mütəmadi olaraq hərbi-siyasi vəziyyətlə bağlı məlumatlandırılır.