Belarus müttəfiqlərinə hərbi güclə kömək edəcəkbackend

Belarus müttəfiqlərinə hərbi güclə kömək edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun yeni təhlükəsizlik konsepsiyasında müttəfiqlərinə hərbi yardım göstərilib.

NOCOMMENT.az xəbər verir ki, sənəd ölkənin milli hüquqi internet portalında dərc olunub.

“Belarus Respublikası İttifaq Dövlətinin üzv ölkələrindən hər hansı birinə qarşı yönəlmiş hərbi gücdən istifadə etməklə həyata keçirilən istənilən hərəkəti bütövlükdə İttifaqa qəsd hesab edir və sərəncamında olan bütün qüvvə və vasitələrdən istifadə etməklə müvafiq cavab tədbirləri görəcək”, – deyə yeni təhlükəsizlik konsepsiyasında vurğulanıb.

Belarusun hərbi gücü Rusiya və Belarus qoşunlarının regional qrupunun baş komandanlığı ilə razılaşdırılaraq istifadə ediləcək.

Bundan əlavə, konsepsiya KTMT-də müttəfiqlərin müdafiəsi üçün, eləcə də üzərinə götürülmüş beynəlxalq öhdəliklərin yerinə yetirilməsi çərçivəsində hərbi gücdən istifadəni nəzərdə tutur.