Belarus NATO ilə praqmatik dialoqu bərpa etməyə hazır olduğunu bəyan edibbackend

Belarus NATO ilə praqmatik dialoqu bərpa etməyə hazır olduğunu bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Vyana Sənədi çərçivəsində Şimali Atlantika Alyansına üzv dövlətlərlə praqmatik dialoqu bərpa etməyə ümid edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi – Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi, general-mayor Valeri Revenko bildirib.

“Ümid edirik ki, Vyana Sənədinin imkanlarının obyektiv qiymətləndirilməsi, regional etimad və təhlükəsizlik tədbirləri həm Belarus Respublikası ilə həmsərhəd olan dövlətlərə və digər ölkələrə yeganə düzgün qərar qəbul etməyə və praqmatik dialoqa qayıtmağa imkan verəcək”, – deyə o vurğulayıb.

General-mayorun sözlərinə görə, Belarus istər bütövlükdə, istərsə də sərhədyanı ərazilərdə silahlı qüvvələrin fəaliyyəti ilə hər hansı şəkildə bağlı olan bir çox aktual məsələlərin öz həllini tapacağına əmindir.