Belarus qeyri-dost ölkələrin vətəndaşlarına dividendlərin ödənilməsini məhdudlaşdırıbbackend

Belarus qeyri-dost ölkələrin vətəndaşlarına dividendlərin ödənilməsini məhdudlaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus hökuməti qeyri-dost ölkələrin vətəndaşları olan hüquqi şəxslərin sahiblərinə və səhmdarlarına mənfəət və dividendlərin ödənilməsini məhdudlaşdırıb.

NOCOMMENT.az xəbər verir ki, Belarus Nazirlər Şurasının müvafiq qərarı Milli Hüquq İnternet Portalında dərc olunub.

Məhdudiyyət təqvim ili ərzində bütün xarici iştirakçılara və rezident əmlak sahiblərinə ödənilən mənfəətin və ya dividendlərin məbləği 80 min baza vahidindən (3,2 milyon Belarus rublu və ya təxminən 984 min ABŞ dolları) və ya bu məbləğin xarici valyutada ekvivalentindən artıq olduqda tətbiq ediləcək.

Qətnaməyə əlavə edilən qeyri-dost ölkələr siyahısına ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, İsveçrə, Norveç, İslandiya, Lixtenşteyn, Monteneqro, Albaniya və Şimali Makedoniya daxildir.

Belarus Hökumətinin Fərmanı rəsmi dərc edildikdən dərhal sonra qüvvəyə minir və 31 dekabr 2025-ci il tarixinədək qüvvədədir.