Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə İttifaq dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında sazişi ratifikasiya edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə BELTA xəbər agentliyi məlumat yayıb.
Bağlanmış saziş çərçivəsində Moskva və Minsk bir-birini razılaşdırılmış və beynəlxalq səviyyədə məqbul olan bütün vasitə və üsullarla dəstəkləməyi öhdələrinə götürürlər.
Digər məqamlarla yanaşı, sənəd müqavilənin iki ölkəsindən hər hansı birinin təhlükəsizliyinə hücum zamanı həm siyasi, həm hərbi, həm də digər sahələrdə müvafiq dəstək tədbirlərinin görülməsinə imkan verir.
Rusiya prezidenti Vladimir Putin də keçən il dekabrın 6-da Minskdə imzalanmış İttifaq dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında Belarusla müqaviləni ratifikasiya edən qanunu imzalayıb.