Belarus və Çin birgə hərbi təlimlər keçirəcək – KİVbackend

Belarus və Çin birgə hərbi təlimlər keçirəcək – KİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin-Belarus birgə hərbi manevrlərinin növbəti mərhələsi 2024-cü ilə planlaşdırılıb.

NOCOMMENT.az–ın məlumatına görə, bu barədə Belarus prezidentinin mətbuat xidmətinə yaxın olan “Pool One” teleqram kanalı xəbər verir.

“[Belarus Prezidenti Aleksandr Lukaşenko] [Minskdə] Çinin müdafiə naziri Li Şanqfu ilə görüş keçirir. Qısaca [Belarus və Çin arasında hərbi məsələlər üzrə] cari qarşılıqlı fəaliyyət haqqında: müntəzəm nümayəndə heyətləri, silahlı qüvvələrin nümayəndələri mübadiləsi aparılır. Belarus və Çin əsgərləri hər iki ölkənin hərbi təhsil müəssisələrində təlim keçir, həm Belarusda, həm də Çində birgə hərbi təlimlər və təlimlər keçirilir.Növbəti manevrlər 2024-cü ilə planlaşdırılıb”, – məlumatda deyilir.

Belarus və Çin arasında hərbi əməkdaşlıq 2010-cu ilin mayında iki ölkənin müdafiə nazirlikləri arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.