Belarus XİN: Minsk və Moskvada İttifaq dövlətinin düşmənlərinin siyahısı yoxdurbackend

Belarus XİN: Minsk və Moskvada İttifaq dövlətinin düşmənlərinin siyahısı yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası və Belarus İttifaq dövlətinin düşməni olan ölkələrin siyahısını tərtib etməyib.

NOCOMMENT.az xəbər verir ki, bunu Belarus xarici işlər nazirinin müavini İqor Nazaruk deyib.

Diplomatın sözlərinə görə, bəzi güclər açıq şəkildə müəyyən dövlətləri özlərinə düşmən adlandırırlar. Lakin Moskva və Minskdə belə ölkələrin siyahısı yoxdur, deyə o vurğulayıb.

“Biz hər kəsə hörmətlə yanaşır, hər kəsin maraqlarını nəzərə alırıq”,- deyə o vurğulayıb.

Xarici siyasət idarəsinin rəis müavini, həmçinin üçüncü dövlətlərin qeyri-dost hərəkətlərinin obyektinin məhz Rusiya Federasiyası və Belarus olduğuna diqqət çəkib. Buraya müvafiq güclərin Moskva və Minskə qarşı “görünməmiş sanksiyalar tətbiq etmək” cəhdləri daxildir.