Belarusda Almaniya vətəndaşına ölüm hökmü çıxarılıbbackend

Belarusda Almaniya vətəndaşına ölüm hökmü çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusda Almaniya vətəndaşına ölüm hökmü çıxarılıb.

NOCOMMENT.az bu barədə Gardian-a istinadən yazır .

Bildirilir ki, 30 yaşlı Riko Kriege Belarus Cinayət Məcəlləsinin 6 maddəsi ilə mühakimə olunub. Hüquq müdafiəçiləri həmin şəxsin 2023-cü ilin noyabrından həbsdə olduğunu bildiriblər.

Almaniya vətəndaşının konkret nədə ittiham olunduğu məlum deyil. İxtisaslaşdırılmış “Hərbi İcmal” nəşrinə görə, həmin şəxs Belarusda qadağan olunmuş Kastus Kalinovski alayında muzdlu əsgər kimi xidmət edib. İttiham tərəfi onun Rusiya-Belarus-Ukrayna sərhədi zonasında təxribatda iştirakını sübuta yetirə bilib.

Bundan əvvəl Rusiya FSB-si Kareliyada inzibati binalardan birində terror aktının qarşısını aldığını bildirmişdi . Cinayəti 1974-cü il təvəllüdlü, qadağan olunmuş “Kastus Kalinovski alayı” birləşməsinin üzvü olan və dövlətlərarası axtarışda olan Belarus vətəndaşı hazırlayıb. Həmin şəxs onu həbs etmək cəhdi zamanı öldürülüb.