Belarusun baş dövlət sanitar həkimi Svetlana Neçay bildirib ki, ekspertlər respublikada XES koronavirusunun yeni variantını müəyyən ediblər.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini TASS yayıb.
“Laboratoriya məlumatlarına görə xəstələrdən birinə koronavirusun XEC variantı diaqnozu qoyulub”.
Neçayın sözlərinə görə, mütəxəssislər respublikada koronavirusun yeni variantlarının yaranmasına daim nəzarət edirlər.
Oktyabrın 1-də Rusiyada XES koronavirusunun yeni variantına 7 yoluxma halının qeydə alındığı bildirilib.