Belarusda yeni silahlı dəstə YARADILIR – Lukaşenko AÇIQLAMA VERDİbackend

Belarusda yeni silahlı dəstə YARADILIR – Lukaşenko AÇIQLAMA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusda Müdafiə Nazirliyinin strukturunda xalq milis dəstələri yaradılacaq.

 

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı məlumat Belarusun BELTA agentliyinin teleqram kanalında yayılıb.

 

Ölkə prezidenti Aleksandr Lukaşenko hərbi poliqonlardan birinə səfəri zamanı deyib ki, müdafiə qabiliyyətinin gücləndirilməsi üçün xalq milis dəstələrinə ehtiyac var:

 

“Belarusda xalq milislərinə ehtiyac var. Bu dəstələrə orduya getməyən, lakin silahı yaxşı bilən adamlar cəlb ediləcək. Onlar zərurət yarananda öz evini müdafiə edə biləcəklər”.

 

Lukaşenko deyib ki, xalq milis dəstələrinin təşkilində məqsəd ölkənin müdafiəsi zamanı ordunun şəxsi heyətini artırmaqdır. Lukaşenko Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviçə vahid müdafiə sistemi yaratmağı tapşırıb. Onun tərkibinə Belarusun silahlı qüvvələri, xalq milisləri və ərazi müdafiəsi daxil olacaq.