Belarusiyada koronavirusdan heç kim ölməyəcək – Aleksandr Lukaşenkobackend

Belarusiyada koronavirusdan heç kim ölməyəcək – Aleksandr Lukaşenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusiya Prezidenti Aleksandr Lukaşenko ölkədə heç kimin koronavirusdan ölməyəcəyinə dair söz verib.

NOCOMMENT.az RİA Novostiyə istinadən xəbər verir ki, Prezidentin sözlərinə görə Minsk virusla mübarizə sahəsində beynəlxalq təcrübəyə sahibdir. O Belarusiya həkimlərində COVİD-19-un müalicəsi üçün dərman birləşmələrinin olduğunu bildirib.Prezident heç bir halda koronavirusun ölüm səbəbi olmadığını düşünür. Əsas səbəb kimi isə insanlarda eyni anda bir neçə xroniki xəstəliyin olmasını göstərib.

Aleksandr Lukaşenko həmçinin təhlükəsizlik tədbirlərinə riayət etdiyinə görə ölkə xalqını tərifləyib.

Qeyd edək ki, son məlumatlara görə Belarusiyada Covid-19 xəstələrinin sayı 2578dir. Bugünə kimi ölkədə 26 nəfər həyatını itirib.