Ukrayna Silahlı Qüvvələrinə (AFU) daxil olan “Kalinovski alayı”nın üzvləri Belarus prezidentini devirmək cəhdində rol oynaya bilər.
NOCOMMENT.az xəbər verir ki, bunu “Avropa həqiqəti” nəşrinə müsahibəsində respublika prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya deyib.
“Belarusu azad edə bilən “Kalinovski alayı”nın döyüşçüləridir. Mən bunun sülh yolu ilə baş verməsini istərdim, amma bunun necə olacağını heç kim bilmir”, – deyə o vurğulayıb.
Tixanovskaya Ukrayna Silahlı Qüvvələrinin könüllü birləşməsinin köməyi ilə Lukaşenkonun zorla devrilməsinin mümkünlüyü barədə fikirlərini bildirib. Onun sözlərinə görə, bir çox belaruslar bu bölməyə hörmət edirlər. O əlavə edib ki, müxalifət müxtəlif ssenarilərə hazır olmalıdır.