Belçika Aİ binalarını almağa hazırlaşırbackend

Belçika Aİ binalarını almağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika hökuməti Avropa İttifaqının (Aİ) Brüsseldə boşaltmağı planlaşdırdığı strukturları almaq üçün 1 milyard avro təklif edib.

NOCOMMENT xəbər verir ki, Belçika hökuməti 2030-cu ilə qədər Brüsseldəki ofislərinin yarısını boşaltmağı planlaşdıran Aİ Komissiyasının daşınmaz əmlakını almaq istəyir.

Aİ Komissiyası Brüsselin AB regionunda ofis sahəsi 350 min kvadratmetr olan 23 bina satmağı planlaşdırır. Binaların satışı ilə bağlı davam edən danışıqlarda Belçika AB Komissiyasına 1 milyard avro təklif edib. Binalar alınarsa, Brüsseldə yeni kommersiya sahələri və mənzil layihələri də daxil olmaqla layihələr hazırlanacaq.

Komissiya köhnə binalarını tərk etməyi və bəzi ofislərini Brüsselin Şimal bölgəsinə köçürməyi planlaşdırır.

Komissiya öz qərargahı Berlaymontdan istifadə etməyə davam edəcək.