Belcika Parlamenti ermənipərəst sənədi müzakirəyə çıxarır – Azərbaycan ETİRAZ ETDİbackend

Belcika Parlamenti ermənipərəst sənədi müzakirəyə çıxarır – Azərbaycan ETİRAZ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağla bağlı Azərbaycanın maraqlarına zidd müddəalar əsasında hazırlanmış sənədi müzakirə edəcək.

Belcika parlamenti Qarabağla bağlı Azərbaycanın maraqlarına zidd müddəalar əsasında hazırlanmış sənədi müzakirə edəcək.

NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, ermənipərəst qüvvələr və erməni diasporu məğlubiyyəti hər hansı formada Avropada aktuallaşdırmaq üçün əlindən gələni edir: “Bundan öncə erməniləri müdafiə edən sənəd Fransa parlamentində, həm aşağı, həm yuxarı palatalarda bu məsələlər müzakirə olunub. Belçika parlamentinin xarici əlaqələr komitəsinə isə üç layihə təqdim olundu. Üçü də ermənipərəst və Belçikanın dağıdılması uğrunda fəaliyyət göstərən qüvvələr tərəfindən təklif olunmuşdu.

O sənədlər öncə Azərbaycana qarşı erməni lobbisinin məqsədinin həyata keçirilməsinə xidmət edir. Birinci və ikinci layihələrin içində olan mənfi, qeyri-obyektiv, Azərbaycanın ərazi bütövlüyünə müdaxilə edən müddəaların əksəriyyəti çıxarıldı.

İndi beynəlxalq əlaqələr komitəsinin gündəmində birləşmiş üçüncü layihə mövcuddur. Önəmli nöqtə odur ki, layihədə 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə istinad var. Bu variantda sanksiyalardan söhbət getmir. Hansısa qeyri-qanuni rejimdən söhbət getmir. Amma erməni lobbisinin təkidi ilə Azərbaycan və Türkiyəyə qarşı xoşagəlməz ifadələr öz yerini tapır. Prinsipial olaraq bir və ikinci variantda təqdim olunan qətnamələrdən kəskin fərqlənir. Baxmayaraq ki, qətnamə hələ də gündəmdədir, biz komitə olaraq bunula bağlı etirazımızı bildirmişik.

Bu məsələ ilə bağlı beynəlxalq əlaqələr komitəsinə müraciət edib demişik ki, “Pandora yeşiyi”ni açmayın, siz Belçika-Azərbaycan münasibətlərinə xələl gətirə bilərsiniz. Yeni reallığı dəyişdirə bilməzsiniz. Sizin bu qeyri -qanuni müdaxiləniz özünüzə problem yaradacaq. Faktiki burada yaşayan ermənilər haqqında yox, orada sizi idarə edən erməni diasporu haqqında fikirləşirsiniz, heç də xoş nəticələri olmayacaq. 10 noyabrda imzalanmış bəyanat regiona sülh və əmin-amanlıq gətirib. Bunu pozmaq cəhdlərinə son qoyulmalıdır. Mənfi nəticələr sizin özünüzə zərər verəcək”.

Sözügedən məsələyə Belçika dövlətinin münasibətinə gəlincə, deputat Fransadakı vəziyyətin təkrarlana biləcəyini istisna etməyib: “Parlament belə bir qərar qəbul edəndən sonra məsuliyyətli dövlət strukturları dərhal öz münasibətini bildirəcək. Həmin qətnamələrdə beynəlxalq qanuna istinad öz yerini tapacaq. Bu o deməkdir ki, beynəlxalq münasibətlərin təsiri sıfıra enib. Fransadakı kimi, bu öz yerini tapmasa, dövlət orqanları bəyanatla çıxış edəcəklər və ya geri çəkiləcəklər. Belçika qətnaməsində istinadlar var, sanksiyalar yoxdur. Bu o deməkdir ki, faktiki Fransaya ən yaxın olan Belçika, baxmayaraq ki, sənədin özündə bəzi emosional cümlələr əhatə olunub, Fransanın yoluyla getmir. Müzakirələr olacaq, bundan sonra görək hansı sənədi qəbul edəcəklər”.