KoronaVirus İnformasiya Portalı
Belçika şirkəti Fikrət Əmirovla bağlı səhvinə görə üzr istədibackend

Belçika şirkəti Fikrət Əmirovla bağlı səhvinə görə üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi Belçikada yaşayan Vardan Hovanissian və Emre Gültekin tərəfindən mənimsənilərək “Houcher” adı altında “Karin” musiqi albomuna daxil edilib və bir sıra platformalarda yayımlanıb.

NOCOMMENT.az Əqli Mülkiyyət Agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar, agentlik və Fikrət Əmirovun vərəsələri tərəfindən müəlliflik hüquqlarının pozulmasının qarşısının alınması ilə əlaqədar musiqi albomunun istehsalçısı olan Belçikanın “Muziekpublique” şirkətinə qarşı müvafiq tələblər irəli sürülüb.

Agentliyə daxil olan yeni məktubda “Muziekpublique” şirkətinin direktoru Peter Van Rompaey və şirkətin koordinatoru Kenza Ismaili şirkət adından edilən səhvin səbəb olduğu bütün ziyanlara görə üzr istəyiblər. Onlar bu musiqinin ənənəvi (folklor nümunəsi) musiqi olmadığını bilmədiklərini, əks halda onun albomda istifadəsinə görə icazə istəməli olduqlarını etiraf edərək bu vəziyyətdən çox üzgün olduqlarını qeyd ediblər.

Şirkət Fikrət Əmirovun vərəsələrinin məyusluğunu tamamilə başa düşürək edillən səhvləri düzəltməyə hazır olduğunu da bildirib. Teleqraf.com