Belçika ukraynalı pilotlara F-16 təlimləri vermək istəyirbackend

Belçika ukraynalı pilotlara F-16 təlimləri vermək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın pilotlarına F-16-ları idarə edə bilmələri üçün təlim keçməyi planlaşdırır.

NOCOMMENT xəbər verir ki, Belçika mətbuatının yazdığına görə, Fransa və İngiltərədən sonra Belçika da ukraynalı pilotlara döyüş təyyarəsi təlimi vermək niyyətində olduğunu açıqlayıb.

Belçikanın baş naziri Aleksandr De Kroo bu niyyətini ötən ay Ukrayna prezidenti Vladimir Zelenskiyə bildirmişdi.

Bildirilib ki, Belçika hökuməti təlimlərin təşkili ilə bağlı digər Qərb dövlətləri ilə məsləhətləşəcək.

Ukrayna uzun müddətdir ki, Qərb ölkələrindən qırıcı təyyarələr tədarük etməyi xahiş edir. Ukraynaya tank, top, zirehli texnika kimi müxtəlif ağır silahlar tədarük edilsə də, hələlik Qərb dövlətləri tərəfindən döyüş təyyarələrinin tədarükü ilə bağlı qərar verilməyib. İyulun 11-12-də Litvada keçiriləcək NATO Sammitində məsələnin gündəmdə olacağı gözlənilir.

Belçikanın əlində az sayda F-16 təyyarəsi olduğu, bu mərhələdə Ukraynaya yalnız təlim keçə biləcəyi, qırıcı təyyarələrin tədarükündən söhbət getmədiyi bildirilir.