Belçika Ukraynanın hava müdafiəsinə 140 milyon avro ayırmağı planlaşdırırbackend

Belçika Ukraynanın hava müdafiəsinə 140 milyon avro ayırmağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika Almaniyanın təşəbbüsü olan “Hava Hücumundan Müdafiə üzrə Təcili Tədbirlər” (IAAD) proqramı çərçivəsində Ukraynanın hava hücumundan müdafiə sisteminə 140 milyon avro ayırmağı planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə HLN nəşri ölkənin müdafiə naziri Teo Frankenə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, A400M nəqliyyat təyyarələri də logistik dəstəyi təmin edə bilər.

HLN həmçinin qeyd edir ki, bu il ərzində Belçikanın hava hücumundan müdafiə sisteminin yenidən qurulması çərçivəsində ilk sifarişlərin yerləşdirilməsi planlaşdırılır. Bu layihəyə yerli sənaye müəssisələrinin də cəlb olunması nəzərdə tutulur.