Belçika və Şimali Atlantika Alyansının digər üzv ölkələri ABŞ-ın F-16 qırıcıları üçün silah-sursat təmin etmək niyyətindədirlər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə NATO-nun sammitində baş nazir Aleksandr de Kroo bildirib.
“Sursata gəlincə, Belçika da daxil olmaqla, bir sıra ölkələr F-16 təyyarələrini təchiz etmək üçün lazım olanları təmin edəcəklərini vəd ediblər”, – deyə o vurğulayıb.
De Kroo Qərbin belə bir addımını vacib adlandırıb, çünki bu, Ukraynanı lazımi səviyyədə hava hücumundan müdafiə ilə təmin etməyə kömək edəcək.