Belçikada 3000-dən çox qaçqın taleyin ümidinə qalıbbackend

Belçikada 3000-dən çox qaçqın taleyin ümidinə qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikada 3171 sığınacaq axtaran şəxs qalmaq üçün yer təklif olunmadığı üçün küçələrdə qalıb.

NOCOMMENT.az xəbər verir ki, Brüsseldə olan 7 təşkilat Belçikadakı qaçqın böhranı ilə bağlı birgə yazılı açıqlama verib.

Açıqlamaya görə, ötən ayın sonu etibarilə 3171 sığınacaq axtaran şəxs Federal Sığınacaq Qəbul Təşkilatı tərəfindən yer verilmədiyi üçün küçələrdə və ya sığınacaq üçün uyğun olmayan yerlərdə qalmağa məcbur qalıb.

Heç bir tibbi, sosial və hüquqi xidmət göstərilməyən bu insanlara imkanları məhdud olan QHT-lər tərəfindən dəstək verilib.

Qeyd edək ki, bu təşkilatlar 2022-ci ilin aprelindən bu yana 6 min insanı qəbul edib.

NOCOMMENT.AZ