Belçikada məhbusları evlərinə “məzuniyyət”ə göndərmək istəyirbackend

Belçikada məhbusları evlərinə “məzuniyyət”ə göndərmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika höküməti məhbusları evlərinə “məzuniyyət”ə göndərmək istəyirlər. Ölkənin hakimiyyət orqanları bu təşəbbüslə həbsxanalardakı sıxlıq səbəbindən çıxış ediblər.

NOCOMMENT.az Qaynarinfo -ya istinadən xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Məhbusların sayı artıq tutumu keçib: Belçikada 10,700 həbsxana yerində 12 mindən çox məhbus var. “Belga” agentliyinin məlumatına görə, Antverpen, Brügge və bəzi digər şəhərlərdə həbsxanalar hətta yeni məhbusları qəbul etməkdən imtina ediblər. Martın 14-də isə həbsxana nəzarətçilərin həmkarlar ittifaqı hətta 24 saatlıq tətil elan edib.

Nəticədə Belçika Nazirlər Kabineti gözlənilməz təkliflə çıxış edib: bəzi məhbuslar cəzalarını “ev dustaqlığı” ilə çəkəcəklər. Oxşar təcrübə artıq koronavirus pandemiyası zamanı tətbiq edilib – o zaman məhbuslar bir həftə evdə, bir həftə isə həbsxanada qala bilərdilər. Əsasən, bu cür münasibətə müddəti artıq başa çatmaq üzrə olanlara verilirdi. İndi güman edilir ki, cinayətkarlar da növbə ilə – bir ay kamerada, bir ay ev dustaqlığında ola biləcəklər.

Təbii ki, hamı “məzuniyyət”ə göndərilməyəcək. Terrorçuluq, cinsi cinayətlər və uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilənlərə yeniliklər şamil edilməyəcək.