Bələdçinin qızı: Partlayışı görəndən sonra inanmırdım ki, atam qəzadan sağ çıxa bilərbackend

Bələdçinin qızı: Partlayışı görəndən sonra inanmırdım ki, atam qəzadan sağ çıxa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə qəzasından sağ çıxan bələdçi Zülfüqar Əsədovun qızı Könül Əsədova atasının dəhşətli hadisədən sonra sağ qaldığına inana bilmədiyini deyib.

NOCOMMENT.az xəbər verir ki, o, “Report”a açıqlamasında deyib ki, atası 37 ildir təyyarədə bələdçi kimi çalışır:

K.Əsədovun sözlərinə görə, onlar ailədə iki övladdırar:

“Atam həmişə işə gedəndə mən həyəcan keçirirdim. Özüm müəlliməyəm, hadisə baş verən günü də işdə idim. Qəza səhər saatlarında olsa da, işdə olanda günorta saatlarında xəbərini aldım. Yoldaşım zəng edərək icazə alıb evə gəlməyimi dedi. Dedi ki, atanın olduğu təyyarə qəzaya uğrayıb, narahat olma, sağdır. O an çox çətin idi, inana bilmirdim ki, atam sağdır. Atamın səsini eşitdim, dedim yəqin robotdur mənimlə danışır. Çünki o partlayışdan sonra inanmırdım ki, atam qəzadan sağ çıxa bilər”.

K.Əsədova əlavə edib ki, Z.Əsədovun vəziyyəti getdikcə yaxşılaşır:

“Əməliyyat olunub, bir az ağrıları var. Ötən gün çox qısa müddətə onunla görüşdük. Səhhəti getdikcə yaxşılaşır. Yəqin ki, yaxın günlərdə evə buraxılacaq”.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-nın ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.