Bələdiyyə sədrinin birinci müavini tender kralıdır? – Qaxda müəmmalı dövlət satınalmalarıbackend

Bələdiyyə sədrinin birinci müavini tender kralıdır? – Qaxda müəmmalı dövlət satınalmaları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qax Rayon İcra Hakimiyyəti “Surxay M” MMC ilə maliyyə dəyəri 71 939.39 AZN olan müqavilə imzalayıb.

NOCOMMENT yenisabah.az-a istinadən xəbər verir ki, müqaviləyə əsasən, MMC Qax şəhərinin H.Əliyev prospekti 1a, 8, 105, 107 saylı, Ş.Rustavelli küçəsi 14 saylı və Ü.Hacıbəyov küçəsi 8q saylı kommunal yaşayış binalarının həyətlərində abadlıq işlərini həyata keçirəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Surxay M” MMC 22 oktyabr 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı Qaxinqiloy kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi isə İmamov Mahir Surxay oğludur.

“Surxay M” MMC vaxtaşırı Qax Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderlərin qalibi olur. Bu da səbəbsiz deyil. Araşdırmalarımız zamanı məlum olub ki, MMC-nin qanuni təmsilçisi Mahir İmamov Qax bələdiyyəsinin sədr müavinidir. O, 2009, 2014 və 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak edib və hər 3 seçkidə qalib gəlib. Mahir İmamov hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.