Bəlkə, biz Azərbaycan uğrunda döyüşməmişik?! – Vətəndaş şikayətləndibackend

Bəlkə, biz Azərbaycan uğrunda döyüşməmişik?! – Vətəndaş şikayətləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə, vətəndaş Mübariz Həmzəyev Abbas oğlu Yenisabah.az-a atası Abbas Həmzəyev Ələkbər oğlunun 1990-cı il may ayında “Sədərək döyüşləri”ndə yaralanmasına baxmayaraq ona birdəfəlik müavinətlərin verilməməsi barədə müraciət etmişdi.

Vətəndaş bildirirdi ki, dəfələrlə qurumlara müraciət etsə də, ona birdəfəlik müavinətlərin verilməsinin 1991-ci il oktyabrın 18-dən sonraya aid olduğunu deyiblər.

“Mənə Milli Ordunun 1991-ci il oktyabrın 18-dən sonra formalaşdığını əsas gətirərək, bunun bizə şamil olmadığını dedilər. Tək atam deyil, atam kimi 1990-cı ildən 1991-ci ilin sonuna qədər ölkədə bəlkə, 2-3 min qazi olub. Bu qazilər Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb yaralandığı təsdiq olunmuş şəxslərdir. Bəlkə, biz Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməmişik?”

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı açıqlama verib:

“Qanunvericiliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 1991-ci il oktyabrın 18-dən (Müstəqilliyin bərpası günü) 1997-ci il avqustun 2-dək (“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi gün) olan dövr ərzində hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara birdəfəlik ödəmə şəklində ödənişlərin verilməsi tapşırığı verilib.

Həmin dövr ərzində hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarından ibarət olan və sənədləri e-sistemdə olan şəxslərə birdəfəlik ödəmələr həyata keçirilir”.

Mətbuat katibi sonda indiyədək 15 mindən çox şəxsə proaktiv qaydada birdəfəlik ödəmə təyin edildiyini, hazırda da bu prosesin davam etdiyini bildirib.