Bəlkə, Mərcanlıya gələn Duqinanı erməni qətlə yetirib?backend

Bəlkə, Mərcanlıya gələn Duqinanı erməni qətlə yetirib? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəlkə kampaniya başladasınız! Aleksandr Duqin və qızı Darya dörd il öncə cəsarətlə Cocuq Mərcanlıya gəlib təmas xəttindən birbaşa bəyan etmişdilər ki, Qarabağ Azərbaycan torpağıdır və erməni işğalçıları bu torpaqlardan çıxmalıdırlar. Hər halda səngərin o üzündən bizə barmaq silkələyənlərdən deyildilər. Buna görə də sui-qəsdi qisas məqsədi ilə erməni terrorçuları törədib…

NOCOMMENT xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Darya Duqinanın qətlə yetirilməsi barədə sosial şəbəkələrdə gedən müzakirələrə münasibətində deyib.

“İçinizdə nəyə haqq qazandırırsınızsa, qazandırın, üzdə heç olmazsa, öz dərdinizə ağlayın. Ukraynadan, Gürcüstandan, müharibə təhrikindən, imperiya vəhşiliyindən bütün dünya danışacaq, sonra siz də onlara qoşularsınız, indilik istiqaməti erməni terroruna yönəltsəniz, doğru olmazmı? Tutar qatıq, tutmasa ayran! Çünki ukraynalı qadının 11 yaşlı uşaqla mifoloji hərəkəti Ştirlisin qadınının kanalizasiya quyusundakı qəhrəmanlığına bənzər bir şeydir. Neomifologiya”, – deyə millət vəkili qeyd edib.

Xatırladaq ki, Darya Duqina 20 avqustda maşınına qoyulmuş partladıcının işə salınması nəticəsində həlak olub. Rusiya FTX bu terror aktını ukraynalı qadının törətdiyini iddia edir. Rusiya Milli Respublika Ordusunun partizanları isə bu teraktın məsuliyyətini öz üzərlərinə götürüblər.