Belqorod bölgəsi yenidən pilotsuz təyyarələrin hücumuna məruz qalıbbackend

Belqorod bölgəsi yenidən pilotsuz təyyarələrin hücumuna məruz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın hava hücumundan müdafiə vasitələri (ADV) Belqorod vilayəti üzərində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatını (PUA) vurub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təyyarə tipli dronların məhv edilməsi Moskva saat 16:00-da baş verib.

Həmçinin bu gün saat 11.00-12.00 arasında bölgədə iki pilotsuz uçuş aparatı məhv edilib.

Aprelin 6-da Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələr regionun 8 yaşayış məntəqəsinə hücum edib. O, hücumlarda heç kimin xəsarət almadığını, lakin dağıntıların olduğunu açıqlayıb.