Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod və Kursk vilayətləri üzərində Ukraynanın üç pilotsuz təyyarəsini məhv edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
“Bu il aprelin 11-də, Moskva vaxtı ilə saat 10:30-dan 11:30-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus üç pilotsuz uçuş aparatını məhv edib: Belqorod vilayətinin ərazisi üzərində iki PUA və Kursk vilayətinin ərazisi üzərində bir PUA”, – onlar orada bildiriblər.