NOCOMMENT.az Rusiya məbuatına istinadən xəbər verir ki, Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətində təyyarə tipli pilotsuz təyyarənin hücum cəhdinin qarşısını ala bilib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Ukraynaya məxsus pilotsuz uçuş aparatı Belqorod vilayətinin ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, – məlumatda deyilir.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, oktyabrın 15-i günorta saatlarında Ukrayna hərbçilərinin təyyarə tipli pilotsuz uçuş aparatından istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb, pilotsuz uçuş aparatları məhv edilib. Dəqiqləşdirilir ki, növbətçi hava hücumundan müdafiə sistemləri sayəsində Belqorod vilayəti üzərində iki Ukrayna pilotsuz uçan aparatı məhv edilib.