Belqorod vilayəti üzərində Ukraynaya məxsus 3-cü pilotsuz təyyarə vuruldubackend

Belqorod vilayəti üzərində Ukraynaya məxsus 3-cü pilotsuz təyyarə vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Oktyabrın 31-i axşam saatlarında Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisində Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Oktyabrın 31-də Moskva vaxtı ilə saat 19.00 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, – məlumatda deyilir.

Növbətçi hava hücumundan müdafiə sistemləri bu PUA-nı məhv edib.

Bu gün Oktyabrın 31-də hava hücumundan müdafiə qüvvələri Belqorod vilayəti üzərində iki pilotsuz təyyarəni vurub. Birincisi Moskva vaxtı ilə təxminən 11:30-da, ikincisi isə Moskva vaxtı ilə təxminən 13:00-da məhv edilib.