NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya hava hücumundan müdafiə sistemi Belqorod vilayəti üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Təxminən saat 18:10-da (Moskva vaxtı ilə) Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli pilotsuz uçuş aparatı ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, – – məlumatda deyilir.
Noyabrın 1-də Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Rusiyanın hava hücumundan müdafiə sisteminin Belqorod vilayəti üzərində işə salındığını bildirib – Novaya Derevnya qəsəbəsi üzərində təyyarə tipli PUA vurulub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.