Belqorod vilayəti və Krım üzərində iki Ukrayna pilotsuz uçan aparatı məhv edilibbackend

Belqorod vilayəti və Krım üzərində iki Ukrayna pilotsuz uçan aparatı məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hava hücumundan müdafiə qüvvələri Belqorod vilayəti üzərində bir Ukrayna pilotsuz uçan aparatını və Krım üzərində bir Ukrayna pilotsuz təyyarəsini məhv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

İdarənin məlumatına görə, PUA-lar Moskva vaxtı ilə saat 12:15-15:00 arasında vurulub.

Fevralın 19-da Ukrayna hərbçiləri Kursk vilayətinin Rılsk şəhərində iki pilotsuz təyyarə ilə elektrik yarımstansiyasına hücum edib, nəticədə elektrik kabeli zədələnib. Dərhal hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kəndə elektrik enerjisinin verilməsini bərpa ediblər.