Belqorod vilayətində bir neçə yaşayış məntəqəsi işıqsız qalıbbackend

Belqorod vilayətində bir neçə yaşayış məntəqəsi işıqsız qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elektrik enerjisinin kəsilməsi Belqorod vilayətinin Valuyski rayonunda baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

Rayon rəhbərinin sözlərinə görə, Urazovo kəndi qismən, Dvuluçnoye, Loqoçevka, Berejanka və Mironov kəndləri isə tamamilə işıqsız qalıb.

Fövqəladə hallar xidmətləri Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırıldıqdan sonra nəticələrin aradan qaldırılmasına başlayacaq.