Belqorod vilayətində dron hücumu həyata keçirilibbackend

Belqorod vilayətində dron hücumu həyata keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinə məxsus kamikadze pilotsuz uçan aparat Belqorod vilayətinin Şebekinski şəhər rayonunun Balki kəndində avtomobilə ziyan vurub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

Hücum nəticəsində bir avtomobilə ziyan dəysə də, xəsarət alan olmayıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri bir gündə Belqorod vilayətini 60 dəfə atəşə tutub.