Belqorod vilayətində Ukraynaya məxsus PUA məhv edilibbackend

Belqorod vilayətində Ukraynaya məxsus PUA məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukraynaya məxsus təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) məhv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“İyulun 8-də Moskva vaxtı ilə saat 17:40 radələrində hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisində Ukraynaya məxsus təyyarə tipli bir pilotsuz uçuş aparatını məhv edib”, – deyə idarədən bildirilib.

Bundan əvvəl Müdafiə Nazirliyi son 24 saat ərzində Rusiya hava hücumundan müdafiə qüvvələrinin 202 Ukrayna pilotsuz təyyarəsini məhv etdiyini bildirmişdi. Bundan əlavə, hərbçilər dörd idarə olunan hava bombasını və bir HIMARS reaktiv buraxılış raketini vurublar.