Belqorod və Belqorod vilayətində raket təhlükəsi elan edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.
Sakinlərdən evlərinə qayıtmaq və lazım gələrsə, sığınacaqlara getmələri xahiş olunur.
Bundan əvvəl Murom, Bezymeno və Novaya Tavoljanka kəndləri Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri ilə hücuma məruz qalıb. Qrayvoron və Repyaxovkada pilotsuz təyyarələrin hücumu nəticəsində mülki şəxslər xəsarət alıb.