Benni Qantz: “HƏMAS-a qarşı müharibə bir nəsil davam edə bilər”backend

Benni Qantz: “HƏMAS-a qarşı müharibə bir nəsil davam edə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin keçmiş müdafiə naziri, ölkə hərbi kabinetinin üzvü Benni Qantz xəbərdarlıq edib ki, yəhudi dövlətinin HƏMAS radikal qruplaşmasına qarşı müharibəsi “bütün bir nəsil” davam edə bilər.

NOCOMMENT.az “Kanal 12″yə istinadən xəbər verir ki, bu barədə o, ölkənin cənubunda yaşayan sakinlərlə görüşündə bildirib.

Qantz qeyd edib ki, İsrail uzun illər HƏMAS-a qarşı müharibə apara bilər, lakin Qəzza zolağındakı əsirlərin o qədər də vaxtı yoxdur.

“Bu müharibə bir il, on il, hətta bir nəsil davam edə bilər. HƏMAS-ı məhv etmək üçün vaxtımız var. Girovların vaxtı yoxdur – bu, indi prioritetdir”,-  deyə Qantz bildirib.

O, İsrail üçün təhlükənin aradan qaldırılmasının vaxt aparacağını vurğulayıb, lakin “yayda nisbi təhlükəsizlik olacağına” ümid etdiyini bildirib. Keçmiş nazir həmçinin İsrail Müdafiə Qüvvələrinin (IDF) Rəfah keçid məntəqəsində Misirlə sərhədə çatacağına söz verib.