Benzin doldurma məntəqələrində saatlarla növbə – VİDEObackend

Benzin doldurma məntəqələrində saatlarla növbə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda yanacaqdoldurma məntəqələrində saatlarla növbələr yaranıb.

NOCOMMENT.az xəbər verir ki, benzin qıtlığı ilə bağlı yayılan iddialar sürücülərin kütləvi şəkildə stansiyalara axışmasına səbəb olub.

Məlumatda bildirilib ki, Hindistanın bir sıra böyük şəhərlərində – xüsusilə Hyderabad, Indore, Ahmedabad, Surat və Gujarat bölgəsində yanacaqdoldurma məntəqələri qarşısında saatlarla davam edən uzun növbələr qeydə alınıb.

Bəzi məntəqələrdə növbələrin uzunluğu yüzlərlə metrə çatıb, insanlar benzin və dizel əldə etmək üçün saatlarla gözləməli olub. Yayılan görüntülər ölkə üzrə geniş müzakirə yaradıb.

Hindistanın əsas enerji şirkətləri – BPCL, HPCL və IOCL açıqlama verərək ölkədə benzin və dizel çatışmazlığının olmadığını, təchizatın normal qaydada davam etdiyini vurğulayıb. Şirkətlər yaranan sıxlığın “yanlış məlumatlar və əsassız təşviş” fonunda formalaşdığını qeyd edib.

Yerli administrasiya və polis orqanları da vətəndaşları panikaya düşməməyə çağırıb. Bildirilib ki, bəzi məntəqələrdə yaşanan boşluqlar müvəqqəti logistika gecikmələri ilə bağlıdır və ümumi yanacaq qıtlığı təhlükəsi yoxdur.

Bölgələrə əlavə yanacaq maşınlarının cəlb edildiyi, növbələrin isə mərhələli şəkildə azaldığı qeyd edilir

Aliyə
NOCOMMENT.az