Benzin və dizelin qiymətilə bağlı qərara aydınlıq gətirildibackend

Benzin və dizelin qiymətilə bağlı qərara aydınlıq gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarif (qiymət) Şurası bu gün keçirilən iclasında Azərbaycanda “AI-92” markalı avtomobil benzininin və dizelin pərakəndə satış qiymətlərini dəyişməyib.

Bu barədə NOCOMMENT.az-a Tarif Şurasından bildirilib.

“İclasda benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılıb və aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətlərinə təsir göstərməyəcək və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir”, – rəsmi açıqlamada deyilir.

Qeyd olunub ki, məsələ ilə bağlı ötən müddət ərzində müvafiq təhlil işləri aparılmış və bu cür halların aradan qaldırılması məqsədilə benzin və dizel üzrə pərakəndə satış qiyməti müvafiq olaraq 1 litr üçün 1 manatr və 0,80 manat səviyyəsində əvvəlki kimi saxlanılmaqla tarif zəncirində dəyişiklik edilərək topdasatış və pərakəndə satış üzrə təchizat tariflərinin ayrılıqda müəyyən olunması məqsədəuyğun hesab olunub.