Benzinin qiyməti yenə 5 qəpik artdıbackend

Benzinin qiyməti yenə 5 qəpik artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ-98 super markalı benzinin qiymətində dəyişiklik edilib.

NOCOMMENT xəbər verir ki, bunu oxu.az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli təsdiqləyib.

O bildirib ki, ölkədə Aİ-98 super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub: “Aİ-98 markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti artıb”.

Qeyd edək ki, Aİ-98 super markalı benzinin qiyməti daha əvvəl 15 qəpik artaraq 1 manat 55 qəpiyə satılırdı.