Almaniyanın xarici işlər naziri Annalena Baerbok ABŞ-ı Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı danışıqlarda istifadə etdiyi iddia edilən “gecikdirmə taktikasına” uymamağa çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
” NATO xarici işlər nazirlərinin qarşıdan gələn görüşündə biz Amerika tərəfinə açıqlayacağıq ki, biz “gecikdirmə taktikasına” uyğun hərəkət etməməliyik”, – Almaniya Xarici İşlər Nazirliyinin vəzifəsini tərk edən rəhbəri Kiyevə səfəri zamanı deyib.
Baerbok həmçinin əlavə edib ki, Rusiya danışıqlarda öz mövqelərinə sadiqdir və onlardan geri çəkilmir.
Finlandiya prezidenti Alexander Stubb bir müddət əvvəl amerikalı həmkarı Donald Trampın Putinə etibar edib-etmədiyini öyrənmək istədiyini bildirib. Eyni zamanda, ABŞ liderinin özü Rusiya prezidenti ilə münasibətlərinin “aşağı səviyyədə” olduğu iddialarını təkzib edib və onların bir-birini yaxşı tanıdıqlarını bildirib.