Almaniyanın xarici işlər naziri Annalena Berbok Çini Ukraynada keçirilən xüsusi əməliyyat zamanı istifadə üçün Rusiyaya pilotsuz təyyarələr verməkdə ittiham edib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini N-TV kanalı sitat gətirir.
Onun sözlərinə görə, Berlin hesab edir ki, Pekin dronlar göndərməklə Moskvaya kömək edir.
“Bunun nəticələri olmalıdır və olacaq”, – deyə o vurğulayıb.