Bərdə-Ağdam avtomobil yolunun tikintisinə başlanılıbbackend

Bərdə-Ağdam avtomobil yolunun tikintisinə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bərdə-Ağdam avtomobil yolunun tikintisinə başlayıb.

Qurumdan NOCOMMENT-ə verilən məlumata görə, Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Bərdə-Ağdam avtomobil yoludur.

Başlanğıcını Bərdə şəhərindən götürən yolun uzunluğu 44.5 kilometr təşkil edəcək.

Dövlətimizin başçısının tapşırığına əsasən Bərdə-Ağdam avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Artıq Bərdə-Ağdam avtomobil yolunun 14-21 və 35-41-ci km-lik arasında olan hissələrində tikinti işlərinə start verilib.