“Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən generatorların əsaslı təmiri üzrə elan edilən satınalma proseduru təchizatçı çatışmazlığı səbəbindən ləğv edilib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma Dövlət Satınalmaları Haqqında Qanunun 36.1.1-ci maddəsinə əsasən dayandırılıb. Qanuna görə, satınalmada iştirak etmək üçün təklif və onun təminatını təqdim etmiş, həmçinin tələb olunduğu halda lisenziyaya malik təchizatçıların sayı üçdən az olduqda prosedur ləğv edilir.
Layihənin ehtimal olunan dəyəri 40.046,25 AZN olaraq müəyyənləşdirilmişdi.
Qeyd edək ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədovdur.