Bərdə terroru zamanı yaralanan şəxs vəfat edibbackend

Bərdə terroru zamanı yaralanan şəxs vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 27-dən bu günə kimi Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin ağır artileriyadan atəşə tutulması nəticəsində 405 mülki şəxs yaralanmış, onlardan 43 nəfər ağır vəziyyətdə reanimasiyada stasionar müalicə olunur.

Bu barədə NOCOMMENT-ə Baş Prokurorluqdan məlumat verilib.

“Dərin təəssüf hissi ilə bildiririk ki, 28 oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinin mərkəzi hissəsinin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış 1995-ci il təvəllüdlü Paşayev Niftalı Səlim oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq, bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib”, – deyə məlumatda qeyd olunub.