Bərdə terrorunun qurbanı – Hərbiyə aparsalar, gedib özüm qisasımı alardım – FOTObackend

Bərdə terrorunun qurbanı – Hərbiyə aparsalar, gedib özüm qisasımı alardım – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Birinci raket düşəndə özümü atdım çölə. Dönərxanada idim. Gördüm ayağımdan qan axır, yeriyə bilmirəm. Sürünə-sürünə getdim. Dostum qaça-qaça yanıma gəldi. Qucağına alıb məni zirzəmiyə aparmaq istədi. Qəfil ikinci raket 10 metr məsafədə qarşımıza düşdü. Onun zərbəsi məni kənara tulladı. Bu vaxt gördüm ki, qolumu hiss eləmirəm. Qoluma qəlpə dolub, qolum qırılıb. Uzanıb o vəziyyətdə də qaldım. Sonra bir də baxdım ki, xəstəxanadayam”

NOCOMMENT.az Trend-ə istinadən bildirir ki, bunu erməni silahlı birləşmələrinin Bərdə şəhərinə atdığı raket nəticəsində yaralanan və hazırda xəstəxanada müalicə alan Əliyev Elvin Elgiz oğlu deyib.

16 yaşlı Elvin bildirib ki, Allah əsgərlərimizin canını sağ eləsin: “Əsas onlardır, mən sağalıb yenidən normal həyata qayıdacam. Hərbiyə aparsalar, gedib özüm qisasımı alardım, amma 16 yaşım var”.